Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 15 aprel 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 20 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Səma Fərzəli

Next Post

Yumurtanın tərkibi və faydalı xüsusiyyətləri

Şb Apr 17 , 2021
Yumurta zəngin biokimyəvi tərkibə malik olan qida məhsuludur. Orqanizm tərəfindən asan (90-95 %) mənimsənilən yumurta qida rasionunda əsas yer tutur. Həmçinin yüksək protein (zülal) tərkibli olması səbəbindən yumurta qida dəyərinə görə ət ilə eyni qrupa daxil edilir. Ümumiyyətlə, qida məhsulu kimi əsasən toyuq yumurtasına üstünlük verilməsinə baxmayaraq, bildirçin, ördək, hind […]