Xurmanın inanılmaz 8 FAYDASI

Ramazan süfrələrinin vazkeçilməzi olan xurmanın bir çox faydaları vardır.

Azfood.az milli.az-a istinadla xurmanın 8 faydasını təqdim edir:

TOXLUQ HİSSİ YARADIR

Xurma diet lifləri baxımından zəngin meyvədir. Toxluq hissi yaradır. İmsak və sahurda xurma kimi liflərlə zəngin qidalara yer vermək lazımdır.

İMMUN SİSTEMİNİ DƏSTƏKLƏYİR

Aparılan araşdırmalara görə xurma immunitet sisteminə təsir edir, onu dəstəkləyir.

ŞİRNİYYAT İSTƏYİNƏ QARŞI YEYİLİR

Özünə aid aroması və şirin dadı ilə xurma şirniyyat istəyinizin qarşılanması üçün yaxşı seçimdir.

QƏBZLİYİN QARŞISINI ALIR

Xurma sağlam qidalanmanın önəmli bir parçasıdır. Həmçinin qəbzliyin qarşısını alır.

ÜRƏYİ QORUYUR

Xurma orqanizmdə önəmli yeri olan potasium qaynağıdır. Ona görə də ürək sağlamlığını qoruyur, infarkt riskini azaldır.

GÖZ XƏSTƏLİKLƏRİNƏ QARŞI QORUYUR

Xurma yaşla bağlı olan göz xəstəliklərinə qarşı qoruyur.

ENERJİNİZİ QORUYUR

Başda B6 vitamini olmaqla orta miqdarda B1, B2 vitamini və niacin tərkibli xurma gündəlik B vitamininin qarşılanmasına dəstək olur.

GÜCLÜ SÜMÜKLƏR ÜÇÜN ÖNƏMLİDİR

Başda fosfor olmaqla kalsium, maqnezium, sink kimi mineralları tərkibində saxlayan xurma sümük sağlamlığının qorunmasında da önəmli yerə sahibdir.

HƏM TƏZƏ, HƏM QURU HƏR MÖVSÜM YEYİN

Tərkibi ilə çox faydalı olan bu qidanı yanlız Ramazanda deyil, həm təzə, həm də quru halı ilə hər fəsildə yemək olar.

Səma Fərzəli

Next Post

Market ərzaqlarında palma yağının olmasını belə yoxlayın - Yağ, xama, pendir...

Şb Apr 17 , 2021
Ərzaqda çox miqdar palma yağı insan orqanizminə ziyandır. Bu gün marketlərdə olan süd və yağ tərkibli 80% ərzaqların tərkibində palma yağı var.   Palma yağı təkcə qidada yox, kosmetik məhsullar, bəzi texniki istehsalatda da ucuz olduğu üçün istifadə edilir. Qida məhsullarına ucuz palma yağının bir təsiri də onların saxlanma müddətini […]