İmişlidə evində nişan məclisi təşkil edən şəxs cərimələnib

İmişlidə evində nişan məclisi təşkil edən şəxs cərimələnib

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Göbəktala kənd sakini Rövşən Məmmədov yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

R. Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.

AzFood

Next Post

“Ölüm yağlarını” necə tanımalı?

Ça Apr 6 , 2021
Gündəlik qida rasionumuzda müxtəlif mənşəli yağlardan istifadə etmək sağlamlığımız üçün əsas şərtlərdən biridir. Bunlar doymuş və doymamış yağlar olmaqla iki yerə bölünür. Bu yağların hər biri isə insan orqanizminə fərqli şəkildə təsir göstərə bilər. AzFood qida sektoru üzrə mütəxəssis Aysel Hüseynlinin trans yağlar haqda məqaləsini təqdim edir. “Trans yağların kimyəvi […]