Zeytun yarpağı virus profilaktikasında istifadə edilsə, yaxşı olar. İstifadə etdiyim çayların tərkibində zeytun yarpağı 3-4 ədəd də olsa, olmalıdır.
Bunu həkim-fitoterapevt Elnur Eldaroğlu açıqlayıb. O, viruslara qarşı tərkibində zeytun yarpağı olan çay reseptini təqdim edib:
Hər zaman virus infeksiyaları (qrip, herpes, Koronavirus, adenovirus, rinovirus və s.) tüğyan edən dövrlərdə bu dəmləməni için.
Çayın resepti:
– Zeytun yarpağı 1 xörək qaşığı
– Cökə 1 xörək qaşığı
– İtburnu meyvəsi 5-6 ədəd
– Sarıkök 1 çay qaşığı
– Nanə yarpağı 1 xörək qaşığı
– Keçibuynuzu meyvəsi 2 ədəd
– 500 ml qaynar suda 15 dəqiqə dəmləyib gün ərzində içilir.
Ayda 21 gün etmək olar. İçilmədən öncə 1 çay qaşıq çiçək tozu və bal əlavə edin. (milli.az)