Balakəndə karantin qaydalarını pozan kafe aşkarlandı

Balakəndə karantin qaydalarını pozan kafe aşkarlandı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, vətəndaş Ramil İsmayılovun icarə əsasında işlətdiyi kafenin gecə saatlarında gizli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib.

Obyektin icarədarı barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb, həmçinin onunla profilaktik söhbət aparılıb, karantin qaydalarına riayət etməsinin vacibliyi diqqətə çatdırılıb.

AzFood

Next Post

Tərtərdə toy məclisi təşkil edən şəxs cərimələndi

Be Mar 29 , 2021
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Səhləbad kənd sakini Təhmasib Həsənəliyev yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz qohumuna toy […]
Tərtərdə toy məclisi təşkil edən şəxs cərimələndi