Koronavirusa yoluxanların sayı yenidən 600-ü ötüb

Koronavirusa yoluxanların sayı yenidən 600-ü ötüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzFood-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 383 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 244 nəfər müalicə olunaraq sağalıb, 3 262 nəfər vəfat edib, aktiv xəstə sayı 4 877-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 503, bu günə qədər isə ümumilikdə 2 682 116 test icra olunub.

Nərminə Əli

Next Post

Sağlam qida – Balqabaq

Ca Mar 11 , 2021
Balqabaq çox qədim zamanlardan qida məhsulu kimi istifadə olunur. Əvvəlcə Avropaya, sonra isə Rusiyaya gətirilib Balqabaq ən yaxşı sidikqovucu bitkilərdən biridir. Bu, onun tərkibində olan kalium, kaisium, C, B vitaminləri ilə əlaqədardır. Şirəsi bədəndən duzları qovur, qan təzyiqini tənzimləyir. Tərkibində çoxlu dəmir duzları, şəkər, karotin, zülal var. Balqabaqda tapılan E […]
Sağlam qida – Balqabaq