Biləsuvarda heyvandarlıq məhsulları istehsalında artım müşahidə olunur

Avtomatik qaralama

Əsasən kənd təsərrüfatı rayonu olan Biləsuvarda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir. Dövlət tərəfindən heyvandarlığın inkişafına göstərilən hərtərəfli dəstək nəticəsində fermerlərin sayı ilbəil artır. Maldarlar istehsaldan əldə etdikləri mənfəət hesabına təsərrüfatlarını genişləndirir, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərirlər. Bu da rayonda mal-qaranın baş sayının çoxalmasına, məhsul artımına öz müsbət təsirini göstərir.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 40 min 285 baş iribuynuzlu mal-qara, 135 min 832 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 19 min 525 baş təşkil edir.

Cari ilin ilk iki ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 1229 ton ət (diri çəkidə), 4 min 463 ton süd və 2 milyon 923 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 15 ton, süddən 20 ton, yumurtadan isə 39 min ədəd çoxdur.

Nərminə Əli

Next Post

Bakı və Abşeronda “Kənddən Şəhərə” Novruz yarmarkaları keçiriləcək

Ca Mar 11 , 2021
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC Novruz bayramı ilə əlaqədar olaraq, 13-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkaları təşkil edəcək. AzFood-un Nazirliyə istinadən verdiyi məlumata görə, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam […]
Bakı və Abşeronda “Kənddən Şəhərə” Novruz yarmarkaları keçiriləcək