Arıqlamağa kömək edən 7 MEYVƏ

Arıqlamağa kömək edən 7 MEYVƏ

Bir çox diyetoloq meyvələrin insanı kökəltdiyini bildirir.

Onlar bunu meyvələrin tərkibindəki şəkərlə əlaqələndirir. Lakin bəzi meyvələr nəinki kökəltmir, əksinə, arıqlamağa da kömək edir.

Bu məyvələrin arasında

Kivi
A və C vitamini baxımından zəngin olan kivi immunitet sistemini gücləndirir. Göz sağlamlığı üçün vacibdir. Xərçəngə yaxalanma riskini azaldır. Kivinin tərkibindəki şəkər kökəlməyə səbəb olmur.

Alma
Qandakı şəkəri tənzimləyən alma insanı tox saxlayır. Tərkibindəki B3 vitamini sayəsində orqanizmi qoruyur.
1 ədəd orta böyüklükdə alma 50 kaloridir. Qəlyanaltı zamanı 3-4 xörək qaşığı qatıq və 1 ədəd alma yeyərək aclıq hiss etmədən arıqlaya bilərsən.

Portağal
Antioksidantlar sayəsində damarları gücləndirən portağal arıqlamağa yardım edir.

Qreypfrut
Yüksək miqdardakı C vitamini sayəsində xəstəliklərdən qorumaqla bərabər, yorğunluğa və halsızlığa yaxşı təsir göstərir. Arıqlamaq istəyirsinizsə, yağları əridən bu meyvəni gündəlik menyunuza daxil edin.

Naringi
Bu da yüksək miqdarda C vitamini ehtiva edən meyvələrdən biridir. Bədənin qripə qarşı olan müqavimətini artırır, təzyiqi aşağı salır, qan dövranını sürətləndirir.

Heyva
A, B1, B2, C vitamini ehtiva edir, ağız qoxusunu aradan qaldırır. Toxluq hissi verdiyi üçün pəhrizə yararlıdır.

Nar
Tərkibindəki A, C, B2 vitaminləri sayəsində immunitet sistemini gücləndirir. 3 xörək qaşığı nar, təxminən, 60 kaloridir. Qəlyanaltı və ya günorta yeməyi zamanı nar yeyərək maddələr mübadiləsini sürətləndirə bilərsiniz.

Nərminə Əli

Next Post

Xalq-Dövlət birliyi nəticəsində Ölkəmiz daha böyük uğurlara imza atacaq

Ç Mar 10 , 2021
Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində bünövrəsi  hələ 1991-ci ildə qoyulan “Dünya Azərbaycanlılarının həmrəyliyi”-birliyi  azərbaycançılıq anlayışı  milli təfəkkürün formalaşmasında ,xalqımızın vahid ideologiya ətrafında birləşməsində  mühüm rol oynadı.Azərbaycan dövlətinin siyasi , iqtisadi arenada öz sözünü deməsi və əməlində göstərməsi dövlət əhəmiyyətli lahiyələrin  start  götürməsinə  zəmin yaratdı.Azərbaycan inkişaf etmiş dövlətlər sırasında […]