Şəkidə yaş barama istehsalının 56 tona çatdırılması proqnozlaşdırılır

Şəkidə yaş barama istehsalının 56 tona çatdırılması proqnozlaşdırılır

Builki mövsümdə Şəki rayonunda yaş barama istehsalının artırılaraq 56 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar bu günədək 293 kümçü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçirilib və hazırda proses davam etdirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, rayonun kümçüləri mövsümə ciddi hazırlaşırlar. Hazırda kümxanalarda dezinfeksiya işləri aparılır. Şəki rayonu üzrə 67 kümçü Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən videotəlimlərdə iştirak edib.

Xatırladaq ki, ötən il barama yetişdirmək üçün Şəki rayonunda 389 kümçüyə 1590 qutu ipəkqurdu paylanılıb. Şəkili kümçülər keçən mövsüm 33 tondan çox yaş barama istehsal ediblər.

Nərminə Əli

Next Post

Yaşla əlaqədar dəridə əmələ gələn ləkələrin aradan qaldırılmasının 5 sadə yolu

Ç Mar 10 , 2021
Yaşlaşdıqca qadınların dərilərində piqment ləkələri meydana gəlməyə başlayır. Piqmentləşmə qadınlarda əsasən 40 yaşından sonra meydana gəlməyə başlayır. Bəzi qadınlar üzün dərisin əmələ gələn piqment ləkələrinin qaraciyər xəstəlikləri səbəbindən baş verdiyini deyir. Amma, qadın orqanizmində menopauzaya yaxın dövlər onlarda bir çox patologiyaların əmələ gəlməsinə səbəb olur. Bu patologiyalar arasında dəridə əmələ […]
Yaşla əlaqədar dəridə əmələ gələn ləkələrin aradan qaldırılmasının 5 sadə yolu