Tərtərdə 958 hektar sahədə yazlıq səpin aparılıb

Tərtərdə 958 hektar sahədə yazlıq səpin aparılıb

Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, martın 1-dək 958 hektar sahədə yazlıq səpin aparılıb. Əkinlərin 85 hektarı kartof, 28,5 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 842,5 hektarı təzə yonca, 2 hektarı noxud bitkisidir. Yazlıq bitkilərin səpini davam edir.

Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Pambıq səpini üçün hazırlıq işləri aparılır.

Nərminə Əli

Next Post

Böyrək daşlarının tökülməsi üçün sirop

Ç Mar 10 , 2021
Böyrək daşı xəstəliyi insanlarda ən güclü ağrı ilə müşayət olunan xəstəlikdir. Böyrək daşlarından bir çox insanlar əziyyət çəir. Müasir tibbdə müxtəlif tibbi vasitələrlə böyrək daşlarından azad olmaq vasitələri var. Amma, tarix boyu bu daşlardan təbii vasitələrlə qurtarmağa çalışmış və yaxşı nəticələr əldə etməşlər. Böyrək daşları orqanizmdə kalsiumun çoxalması və böyrəklərdə […]
Böyrək daşlarının tökülməsi üçün sirop