BMT-nin Ətraf Proqramı (UNEP) və Britaniyanın “WRAP” Ekoloji Təşkilatının birgə hazırladığı hesabata görə, 2019-cu ildə dünyada 931 milyon ton qida tullantı olaraq atılıb.
AzFood xəbər verir ki, bu ümumi istehsal olunan ərzaq məhsullarının 17%-ni təşkil edir. Hesabatda bildirilir ki, atılan qidalar bir-birinin ardnca dayanan 40 tonluq yük maşınlarına yerləşdirilsə, bu zəncir yer kürəsini yeddi dəfə dövr edə bilər.
Qida tullantılarının 60%-dən çoxunun ev təsərrüfatları, 26%-ni iaşə sistemləri, 13%-I isə pərakəndə satışın payına düşür. Mütəxəssislər, qlobal istixana qazı tullantılarının təxminən 8-10%-nin atılan qida ilə əlaqəli olduğunu ehtimal edir.
Hesabatda ona də diqqət çəkilir ki, əgər yeyilməmiş qida bir dövlət olsaydı, dünyada istixana qazı tullantılarında ABŞ və Çindən sonra üçüncü olardı.
Xatırladaq ki, BMT-nin hesabatlarına əsasən hər il dünyada təxminən 690 milyon insan ac qalır.