Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur

Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Ordumuzun və Azərbaycan xalqının birliyi ilə 30 il düşmən əsarəti altında qalan torpaqlarımızın azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifəsi hesab edilir. Bundan sonra müqəddəs Qarabağımızın inkişafı sözsüz ki, hər birimizdən asılıdır. Düşnülmüş şəkildə həyata keçirən bütün işlər nəticəsində azad olunan torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaqdır. Mediadan aydın görürük ki, işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinə start verilib. Bölgənin təbii sərvətlərinin, faydalı qazıntılarının və iqtisadiyyata fayda verəcək başqa resurslarının istismarı ilə bağlı planlar hazırlanıb. Bilirik ki, Qarabağ və ətraf rayonlarda zəngin qızıl, mis, dəmir filizi və s. yataqları, mineral ehtiyatlar vardır. Bundan əlavə bölgənin təbii iqlimi ərazidə bərpaolunan enerji mənbələrindən səmərəli istifadəyə şərait yaradır. Ərazidə günəş və külək elektrik stansiyaların yaradılması prioritet məsələ hesab olunur. Heç şübhəsiz ki, Qarabağ regionunun inkişafı aqrar sektorun inkişafından da asılı olacaqdır. Bu isə o deməkdir ki, ərazilərdə iqtisadiyyatın hər bir sahəsi əlaqəli şəkildə inkişaf etdirilməlidir. Bu gün Dövlətin kənd təsərrüfatına ayırdığı diqqət ən yüksək səviyyəsindədir. Qarabağın kənd təsərrüfatı potensialından istifadə etməklə, ümumilikdə iqtisadiyyatımıza xeyir verə bilərik. Münbit torpaqları olan doğma Qarabağımız hələ işğaldan əvvəl də, bu sahədə xüsusi fərqlənirdi. Bu torpaqlarda strateji sahə olan taxılçılıq, üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün yetərincə imkanlar mövcuddur. Burada kənd təsərrüfatı məhsullarının emalı üçün həm potensial, həm də tarixi ənənə vardır. Aydın görünür ki, Dövlət Başçımız sözün həqiqi mənasında Qarabağı cənnətə çevirmək niyyətindədir. Onun bu məqsədlə bütün işlərə şəxsən özünün nəzarət etməsi bizi çox qürurlandırır. Çünki görülən işlər, həyata keçirilən meqa layihələr xoş gələcəkdən xəbər verir. Müharibənin hər mənada necə ağır məfhum olduğunu düşünsək, çox qısa müddətdə bu işlərin reallaşdırılması Ölkəmizin qüdrətini göstərir. Azərbaycan dünyada sanki müharibədən çıxmış Ölkə təəsüratı yaratmır. Bu sadəcə insanı heyrətləndirir və dünyaya kimin kim olduğunu aydın mesaj verir.

Narxanım Kərimova

Gənc, Neftçala rayonu

 

Nərminə Əli

Next Post

Uşağını döyən valideynlərə PSİXOLOQ MƏSLƏHƏTİ

Şb Mar 6 , 2021
Döymək – uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar. Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müassir dövrdə insan sərbəst düşünə […]
Uşağını döyən valideynlərə PSİXOLOQ MƏSLƏHƏTİ