Bazar gününün hava proqnozu

Bazar gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 7-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Nərminə Əli

Next Post

Hər il milyonlarla ton qida tullantı kimi atılır: DƏHŞƏTLİ RƏQƏMLƏR

Ça Mar 9 , 2021
BMT-nin Ətraf Proqramı (UNEP) və Britaniyanın “WRAP” Ekoloji Təşkilatının birgə hazırladığı hesabata görə, 2019-cu ildə dünyada 931 milyon ton qida tullantı olaraq atılıb. AzFood xəbər verir ki, bu ümumi istehsal olunan ərzaq məhsullarının 17%-ni təşkil edir. Hesabatda bildirilir ki, atılan qidalar bir-birinin ardnca dayanan 40 tonluq yük maşınlarına yerləşdirilsə, bu […]
Hər il milyonlarla ton qida tullantı kimi atılır: DƏHŞƏTLİ RƏQƏMLƏR