Əsl bal neçəyədir? – QİYMƏTLƏR

Əsl bal neçəyədir? – QİYMƏTLƏR

2020-ci ildə 32 min 340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6 min 647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunub.

Balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun 12,7 manat, vərəmumun 131,6 manat, güləmin 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5 manat olub.

 

Qeyd edilib ki, “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncama əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib. Bunun arıçılığın inkişafına öz müsbət təsirini göstərməklə yanaşı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb etdiyi əlavə edilib.

2017-ci illə müqayisədə 2020-ci ildə arı ailələrinin sayı 325 min, bal istehsalı isə 3 min 604,1 ton artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 12 ildə bal istehsalı 4,7 dəfə, arı ailələrinin sayı 4,2 dəfə artıb. Arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,5-dək yüksəlib.

Nərminə Əli

Next Post

Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur

Şb Mar 6 , 2021
Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Ordumuzun və Azərbaycan xalqının birliyi ilə 30 il düşmən əsarəti altında qalan torpaqlarımızın azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifəsi hesab edilir. Bundan sonra müqəddəs Qarabağımızın inkişafı sözsüz ki, hər birimizdən asılıdır. Düşnülmüş şəkildə həyata keçirən bütün işlər nəticəsində azad olunan torpaqlarımız Azərbaycan iqtisadiyyatında […]