Masallıda yazlıq bitkilərin əkininə başlanılıb

Masallıda yazlıq bitkilərin əkininə başlanılıb

Masallı rayonunun təsərrüfatlarında bu ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1067 hektar sahədə yazlıq əkin həyata keçiriblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, məhsul istehsalçıları indiyədək rayonda 705,5 hektarda kartof, 122,5 hektarda paxla, 239 hektarda tərəvəz bitkiləri, o cümlədən 2,5 hektarda kələm, 2 hektarda xiyar, 40,5 hektarda soğan, 68,5 hektarda sarımsaq, 125,5 hektarda sair tərəvəz bitkiləri əkiblər.

Hazırda rayonun taxılçılıq təsərrüfatlarında əkin sahələrinə aqrotexniki qulluq işləri də davam etdirilir, sahələrə yemləmə gübrəsi verilir, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir.

Nərminə Əli

Next Post

Dermatoloqlar dünyanın bütün qadınlarına xəbərdarlıq edir...

C Mar 5 , 2021
Dermatoloqlar dünyanın bütün qadınlarına aşağıdakı məsləhəti verir. Bu əşyadan istifadə etdikdə diqqətli olun, çox təhlükəlidir! Bütün insanlar orqanizmini tonusa gətirmək, stressi aradan qaldırmaq və bədənini təmizləmək üçün vanna və ya duş qəbul edir. Bu zaman isə biz moçalka ilə bədənimimizin massaj edilərək təmizləməyi xoşlayırıq. Dermatoloqlar insanlara moçalkadan istifadə etməyin dəri […]
Dermatoloqlar dünyanın bütün qadınlarına xəbərdarlıq edir…