Bakıda restoranda nöqsanlar aşkarlanıb

Bakıda restoranda nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, Ruhulla Axundov küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus “Kabak Pub” ictimai iaşə müəssisəsində yoxlama keçirilib.

AQTA-dan AzFood-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydara əməl olunmadığı, xammalların müşayiətedici sənədlərinin olmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkarlanıb. Məhsullardan götürülmüş nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Eyni zamanda müəssisədə məsul şəxs təyin olunmasına baxmayaraq, məsul şəxsə həvalə olunan tapşırıqların icrası ilə bağlı rəsmi qeydlərin aparılmadığı, “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə riayət olunmadığı müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Nərminə Əli

Next Post

Masallıda yazlıq bitkilərin əkininə başlanılıb

C Mar 5 , 2021
Masallı rayonunun təsərrüfatlarında bu ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1067 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, məhsul istehsalçıları indiyədək rayonda 705,5 hektarda kartof, 122,5 hektarda paxla, 239 hektarda tərəvəz bitkiləri, o cümlədən […]
Masallıda yazlıq bitkilərin əkininə başlanılıb