Şamaxıda restoranda toy edənlər cərimələndi

Şamaxıda restoranda toy edənlər cərimələndi
Şamaxıda “Şirvangöl” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan AzFood-a verilən məlumata görə, polislər tərəfindən həmin obyektə baxış keçirilən zaman orada 50-yə yaxın şəxsin biryerə toplaşaraq məclisdə iştirak etdiyi aşkar olunub.

Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Nərminə Əli

Next Post

Bakıda restoranda nöqsanlar aşkarlanıb

C Mar 5 , 2021
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, Ruhulla Axundov küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus “Kabak Pub” ictimai iaşə müəssisəsində yoxlama keçirilib. AQTA-dan AzFood-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə […]
Bakıda restoranda nöqsanlar aşkarlanıb