Lənkəranda marketdə istifadə müddəti bitmiş məhsullar aşkarlanıb

Lənkəranda marketdə istifadə müddəti bitmiş məhsullar aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan AzFood-a agentlik əməkdaşları tərəfindən Lənkəran rayonu, Kosalar kəndində yerləşən, fiziki şəxs Əliyeva Pərvanə Məmmədəli qızına məxsus marketdə yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı məhsullar aşkarlanıb. Aşkarlanan nöqsanlarla bağlı istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Nərminə Əli

Next Post

Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb

Ç Mar 3 , 2021
Martın 2-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 20,903 nəfər vaksinasiya olunub. Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya ölkənin bütün rayonlarında uğurla davam etdirilir.
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb