Bu gün Azərbaycanda Od Çərşənbəsidir

Bu gün Azərbaycanda Od Çərşənbəsidir

Bu gün Azərbaycanda Od Çərşənbəsi qeyd olunur. 

Boz ayda qeyd edilən ikinci çərşənbə – Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Nərminə Əli

Next Post

Siyəzəndə meyvə-tərəvəz mağazası yanıb

Ça Mar 2 , 2021
Siyəzəndə meyvə-tərəvəz mağazası yanıb Siyəzən rayonunda meyvə-tərəvəz mağazasında yanğın olub. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayonda ümumi sahəsi 20 m² olan meyvə-tərəvəz mağazasının yanar konstruksiyaları 13 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Siyəzəndə meyvə-tərəvəz mağazası yanıb