“Azərpambıq” ixrac gəlirlərini 4 dəfədən çox artırıb

“Azərpambıq” ixrac gəlirlərini 4 dəfədən çox artırıb
Bu ilin yanvar ayında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 5,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

AzFood-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon ABŞ dolları və yaxud 4,3 dəfə çoxdur.

Xatırladaq ki, “Azərpambıq” 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

Nərminə Əli

Next Post

Bu qidalar ağrıları azaldır

Be Mar 1 , 2021
Hər birimiz həyatda müxtəlif ağrılarla üzləşirik – baş ağrısı, bel ağrısı, oynaq və əzələ ağrıları və s. Əksər hallarda fikirləşmədən biz ağrısızlaşdıran dərmanlardan birinə əl atırıq. Lakin belə dərmanların tez-tez və həkimin məsləhəti olmadan qəbulu çox təhlükəlidir. Bu səbəbdən ağrılarla təbii üsullarla mübarizə aparmağa çalışın. Maraqlıdır ki, bəzi qida məhsulları […]
Bu qidalar ağrıları azaldır