Günəşdə maqnit qasırğası başlayıb

Günəşdə maqnit qasırğası başlayıb

Bu gün Bakı vaxtı ilə səhər saat 08:00-da Günəşdə maqnit qasırğası başlayıb.

AzFood bildirir ki, bunu APA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov deyib.

O bildirib ki, maqnit qasırğası adətən gün ərzində bitir: “Maqnit qasırğası Günəşdə baş verən partlayışlar nəticəsində alışmalarla olur. Tac dəliyindən plazma axını Yerə tərəf istiqamətlənəndə maqnit qasırğası yaranır. Günəş fırlandıqca gün ərzində onun istiqaməti dəyişdiyinə görə, qasırğa Yerdən kənar keçəcək.  Alışmalar çox zəifdir. Maqnit qasırğası adətən başlayanda maksimum olur, sonra isə yavaş-yavaş sönür, təxminən 6-7 saat davam edir”.

N.Cəlilov qeyd edib ki, növbəti günlərdə maqnit qasırğasının olma ehtimalı azdır.

 

Nərminə Əli

Next Post

“Azərpambıq” ixrac gəlirlərini 4 dəfədən çox artırıb

Be Mar 1 , 2021
Bu ilin yanvar ayında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 5,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. AzFood-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon ABŞ dolları və […]
“Azərpambıq” ixrac gəlirlərini 4 dəfədən çox artırıb