Gürcüstan Rusiya buğdasından imtina edir

Gürcüstan Rusiya buğdasından imtina edir
“Gürcüstan Rusiya buğdasını qismən Qazaxıstan buğdası ilə əvəzləyəcək”.

AzFood xəbər verir ki, bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava bildirib.

Onun sözlərinə görə, buna səbəb Rusiyanın gömrük rüsumlarını artırmasıdır: “Bu gündən etibarən Rusiyadan ixrac olunan buğdanın bir tonu üçün gömrük rüsumu 50 avroya qədər artırılıb. Rusiya buğda bazarında əsas oyunçudur və bu səbəbdən bu məhsul bütün ölkələr üçün bahalaşıb”.

L.Silaqava qeyd edib ki, hazırkı mərhələdə Gürcüstanın Rusiya buğdasından tam imtinası mümkün deyil.

Nərminə Əli

Next Post

Günəşdə maqnit qasırğası başlayıb

Be Mar 1 , 2021
Bu gün Bakı vaxtı ilə səhər saat 08:00-da Günəşdə maqnit qasırğası başlayıb. AzFood bildirir ki, bunu APA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov deyib. O bildirib ki, maqnit qasırğası adətən gün ərzində bitir: “Maqnit qasırğası Günəşdə baş verən partlayışlar nəticəsində alışmalarla olur. Tac dəliyindən plazma axını Yerə […]
Günəşdə maqnit qasırğası başlayıb