Yaz aylarında bu vitaminləri qəbul edin – Həkim açıqladı

Yaz aylarında bu vitaminləri qəbul edin – Həkim açıqladı

Baharın gəlişi ilə bir çox insanda vitamin çatışmazlığı özünü göstərir. Bədəni yenidən formaya qaytarmaq üçün vitamin tarazlığını bərpa etmək lazımdır.

AzFood Publika.az-a istinadən xəbər verir ki, dietoloq İrina Pisaryeva vitamin çatışmazlığının yaz ayları üçün xarakterik olduğunu deyib.

“Çox vaxt C və B vitamini çatışmazlığı yaranır. Buna görə diqqətinizi tərəvəz və meyvələrə yönəltməlisiniz. Bu məhsulların gündə bir kiloqrama qədər yeyilməsi məsləhətdir. B vitamini qrupu qulançarda, C vitamini isə sitrus meyvələrində boldur. Pəhrizə yaşıl noxud da əlavə edə bilərsiniz”, – mütəxəssis tövsiyə edib.
Yazdan əvvəl detoks etmək və ya oruc tutmaq təsirli olacaq. Pisaryevaya görə, salatlara əlavə edilən turp və yaşıl soğan da olduqca effektivdir:
“Çox yeməkdən çəkinmək və az porsiyalarla yemək yaxşıdır. Gündəlik rejimə riayət etməli və çox gec yatmamalısınız. Aptekdən vitamin də ala bilərsiniz. Lakin günəşli günlər başlayacaq, buna görə həb kimi içməkdənsə, D vitaminini qəbul etmək üçün çölə daha çox çıxmağı məsləhət görürəm”.

Nərminə Əli

Next Post

“Belə çıxır ki, varlılar vaksinasiya olunacaq, amma kasıb ölkələr əziyyət çəkəcək?” - Prezident

C Fev 26 , 2021
“Sözdə insan hüquqlarından, demokratiyadan danışan ölkələr təcrübədə milyonlarla insanın hüquqlarını əlindən alırlar”. Bu sözləri Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib: “Qoşulmama Hərəkatının” sədr ölkəsi kimi beynəlxalq səviyyədə qaldırdığımız məsələ ilə bağlı danışmaq istəyirəm. Bizim təşəbbüsümüz ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyası keçirildi. Hansı ki, bu təşəbbüs […]
“Belə çıxır ki, varlılar vaksinasiya olunacaq, amma kasıb ölkələr əziyyət çəkəcək?” – Prezident