Asan hazırlanan qozlu tort

Bu tort çox asan hazırlanır və çox dadlıdır.

Lazım olan məhsullar:

Xəmir üçün:

– 4 ədəd yumurta

– 1 stəkan şəkər tozu

– 100 qr kərə yağı

– 1 stəkan qoz

– 1 stəkan un

– 1 x.q. xama

– 1/2 ç.q. soda

Krem üçün

– 100 qr kərə yağı

– 1 banka bişmiş qatılaşdırılmış süd (“вареная сгущенка”)

– vanilli şəkər tozu

Hazırlanması:

1. Yumurta sarısı şəkər tozu ilə yaxşı çalınır, ələnmiş un, xırda doğranmış qoz, yumşalmış yağ əlavə olunur, qarışdırılır.

3. Xama soda ilə qarışdırılır və xəmirə əlavə olunur, qarışdırılır.

4. Yumurta ağı  1 çimdik duzla yaxşı çalınır, ehtiyatla hissə-hissə xəmirə əlavə olunur, aşağıdan yoxarıya doğru çox ehtiyatla qarışdırılır.

5. Soba qabaqcadan 180 C qədər qızdırılır, tavaya yağ çəkilir, perqament kağızı sərilir və xəmir qoyulur.

6. Biskvit təxminən 30 dəqiqə ərzində bişirilir. Hazır olub-olmamasını yoxlamaq üçün xəmirə diş çöpünü batırın – xəmir yapışmayıbsa, biskvit hazırdır.

7. Biskviti tam soyudun.

8. Krem hazırlayırıq. 100 qr yumşaq kərə yağı qatılaşdırılmış südlə yaxşı çalınır, vanilli şəkər tozu əlavə olunur, qarışdırılır.

9. Biskvit tam soyuyanda 2 hissəyə kəsin və korjların aralarına, tortun üzərinə və yan tərəflərinə krem çəkin.

10. Tortu doğranmış qozla, sürtgəcdən keçirilmiş şokoladla bəzəmək olar.

Nuş olsun!

Nərminə Əli

Next Post

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Ça Fev 23 , 2021
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. AzFood xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3 204 nəfər […]