ƏHALİNİN DİQQƏTİNƏ! Bu toyuq ətlərini almayın: Xəstəlik tapılıb

ƏHALİNİN DİQQƏTİNƏ! Bu toyuq ətlərini almayın: Xəstəlik tapılıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “Pecypc-ЮГ” MMC tərəfindən istehsal olunan və “Frozen products” MMC tərəfindən ölkəmizə idxal edilən 19.14 ton toyuğun bel tili məhsulu partiyasına baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Nərminə Əli

Next Post

Ötən il Qax Aqroparkının ərazisində 50,5 hektarda ekobağ salınıb

Ça Fev 23 , 2021
Ekoturizmin inkişaf etdirilməsi məqsədilə ötən il “Ulu Aqro” MMC-nin Qax Aqroparkının ərazisində 50,5 hektar ərazidə müxtəlif növ meyvə tingləri əkilməklə ekobağ salınıb. Suvarmanın yüksək səviyyədə təşkili məqsədilə bağın ərazisində damcılı suvarma sistemi quraşdırılıb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Ulu Aqro” MMC-nin icraçı direktoru Məhərrəm Məhərrəmov məlumat verib. Direktorun bildirdiyinə görə, ötən […]
Ötən il Qax Aqroparkının ərazisində 50,5 hektarda ekobağ salınıb