Avropadan Azərbaycana cins damazlıq qoyunlar gətirilib

Avropadan Azərbaycana cins damazlıq qoyunlar gətirilib

Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cinsli ətlik, südlük-ətlik istiqamətli qoyunları gətirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AzFood-a verilən məlumata görə, ümumi sayı 1 000 başdan artıq olan damazlıq heyvanlar “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Ağsu rayonunda yerləşən heyvandarlıq müəssisəsində yerli iqlim şəraitinə uyğunlaşma prosesi keçir.

Müəssisənin baş mütəxəssisi Elşən Cabbarovun sözlərinə görə, hazırda təsərrüfatda Avropadan gətirilən 4 fərqli qoyun cinsləri saxlanır.

“Bu cinslərin 85%-i əkiz bala verməsi 24 ayda, yəni iki ildə 6 quzu, başqa sözlə, ilə orta hesabla 3 bala deməkdir. Örüş-otlaq sahələrində yetişdirilən qoyunlarda bu cür yüksək məhsuldarlıq mövcud deyil. Yəni, nəzəri baxımdan üç baladan biri fermerin xərclərini ödəyir, digər ikisi isə qazanc sayılır”, – deyə E. Cabbarov qeyd edib.

Qeyd edək ki, fermerlər dövlət dəstəyi mexanizmindən yararlanaraq öz təsərrüfatları üçün bu heyvanlardan ala bilərlər. Mövcud qaydalara əsasən, xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60% dövlət güzəşti ilə satılır. Fermer 25% ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60%-ni dövlət ödəyir, qalan 15%-i isə 3 il müddətinə kreditləşdirilir.

Nərminə Əli

Next Post

Bu gün Novruzun ilk çərşənbəsidir

Ça Fev 23 , 2021
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir. AzFood xəbər verir ki, artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü […]
Bu gün Novruzun ilk çərşənbəsidir