Kversetin: orqanizmi möhkəmləndirən yeni maddə – Hansı qidalarda var?

Kversetin: orqanizmi möhkəmləndirən yeni maddə – Hansı qidalarda var?

Koronavirus pandemiyası zamanı immuniteti möhkəmlətmək üçün məşhur vitamin və minerallarla yanaşı yeni bir maddənin də adı hallandı. Əslində maddə özü yeni deyil, sadəcə haqqında çox danışılmırdı.
Kversetin bitki birləşməsi olan flavonoiddir. Bütün flavonoidlər kimi güclü antioksidant təsir edir və sərbəst radikalları zərərsizləşdirir.
AzFood kversetitinin orqanizmə faydalarını təqdim edir:
– Bədəndən iltihabı götürür
– Ürək və xərçəngin qarşısını ala bilir
– Beyində yaddaş pozulması, qocalıq demensiyası, Alsgeymer xəstəliyinin yaranmasını əngəlləyir
– Allergiyanı yüngülləşdirir
– İmmuniteti dəstəkləyir
– Bağırsaqlara prebiotik kimi təsir edir
– C vitaminin mənimsənilməsini artırır, sinkə dəstək olur
– Herpes, tənəffüs yolları infeksiyaları, qrip və viruslarda orqanizmi bərpa edir
– Hüceyrələrdə yeni energetik stansiyalar – mitoxondriyaların hasilini artırır
– Beyinin qavrama qabiliyyətini yülsəldir
Siçanlar üzərində aparılan təcrübə göstərir ki, kversetitin Alsgeymer xəstəliyinin markerini azaldır, ömrü uzadır. Təəssüf ki, belə tədqiqat insanlar üzərində aparılmayıb.
Kversetitinin gündəlik dozası böyüklər üçün 10-40 mq-dır. Çox tərəvəz və meyvə yeyənlərdə bu miqdar yüksək olur. Bİr boşqab tərəvəz, 500 qram meyvə yedikdə, siz 250-300 mq kversetin almış olursuz.
Hansı ərzaqlarda var?
– qırmızı soğan
– Şalot soğan (marketlərdə var)
– Qırmızı alma
– Qırmızı üzüm
– Yaşıl soğan
– Brokkoli
– Bütün kələmlər
– Pomidor
– Bolqar bibəri
– Qoz, badam
– Qarabaşaq
– Çay
Tərəvəzlərdə, məsələn kələmdə olan kversetitini orqanizm yaxşı mənimsənilsin deyə, zeytun yağı ilə qarışdırıb yeyin
Bu gündən orqanizmə bol miqdarda kversetin daxil olmasını tənzimləyin.

Nərminə Əli

Next Post

Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bz Fev 21 , 2021
Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək. Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən […]
Bakıda qar yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ