Salyanda mal-qaranın cins tərkibi yaxşılaşdırılır

Salyanda mal-qaranın cins tərkibi yaxşılaşdırılır

Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir. Rayonda heyvandarlığın inkişafına xüsusi diqqət yetirildiyindən ötən illərdə olduğu kimi, 2020-ci ildə də bu sahədə yaxşı nəticələr qazanılıb, mal-qaranın sayı çoxalıb, heyvandarlıq məhsulları istehsalında yaxşı nəticələr əldə olunur.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda rayonun ayrı-ayrı heyvandarlıq kompleksləri və fərdi təsərrüfatlarında 62 min 746 baş iribuynuzlu mal-qara, 185 min 979 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 320 baş çoxdur. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərir. Cari ilin ilk ayında rayonda 947.4 ton ət (diri çəkidə), 3 min 356 ton süd və 2 milyon 438 min ədəd yumurta istehsal olunub ki, bu da 2020-ci ilin yanvar ayında istehsal olunan ətdən 11 ton, süddən 16 ton və yumurtadan isə 6 min ədəd çoxdur.

Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində də yaxşı nəticələr qazanılıb. Dövlətin süni mayalanma yolu ilə alınan buzovlara görə maldarlara əlavə subsidiyalar verməsi və cins tərkibi yaxşılaşdırılmış heyvanların ət və südünün yerli heyvanlardan çox olması fermerlərin bu sahəyə marağını da artırıb. Bu səbəbdən hazırda rayonda heyvandarlıq təsərrüfatlarında mövcud olan mal-qaranın 75-80 faizini cins tərkibi yaxşılaşdırılmış heyvanlar təşkil edir.

Qeyd edək ki, ötən il rayonda süni mayalanma aparılmış 5 min 778 ana inək və düyədən 4 min 157 baş buzov alınıb. Bu da hər 100 baş inəyə 71 baş buzov deməkdir.

Nərminə Əli

Next Post

Kversetin: orqanizmi möhkəmləndirən yeni maddə – Hansı qidalarda var?

Bz Fev 21 , 2021
Koronavirus pandemiyası zamanı immuniteti möhkəmlətmək üçün məşhur vitamin və minerallarla yanaşı yeni bir maddənin də adı hallandı. Əslində maddə özü yeni deyil, sadəcə haqqında çox danışılmırdı. Kversetin bitki birləşməsi olan flavonoiddir. Bütün flavonoidlər kimi güclü antioksidant təsir edir və sərbəst radikalları zərərsizləşdirir. AzFood kversetitinin orqanizmə faydalarını təqdim edir: – Bədəndən […]
Kversetin: orqanizmi möhkəmləndirən yeni maddə – Hansı qidalarda var?