Bazar gününün havası açıqlandı

Bazar gününün havası açıqlandı EKOLOGİYA 141 20 Fevral , 2021 12:12 Bazar gününün havası açıqlandı Bakıda və Abşeron yarımadasında fevralın 21-də havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.  Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.  Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.  Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bakıda və Abşeron yarımadasında fevralın 21-də havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, mülayim şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nərminə Əli

Next Post

Alimlər: Dünyada koronavirusdan da təhlükəli pandemiya olacaq

Bz Fev 21 , 2021
Amerika alimləri 75% ölüm riskli “Nipax” virusunun yayılması təhlükəsi haqqında xəbərdarlıq ediblər. AzFood xəbər verir ki, yeni pandemiya xəbərdarlığı barədə “The Sun” yazıb. Kentukki Universitetinin Molekulyar və hüceyrə biokimyası kafedrasının rəhbəri Rebekki Datçın sözlərinə görə, bu virus növbəti pandemiyaya səbəb olacaq. Bu halda “Nipax”ın ölüm faizi COVID-19-dan da yüksəkdir. Yeni virusun […]
Alimlər: Dünyada koronavirusdan da təhlükəli pandemiya olacaq