Azərbaycandan pambıq ixracı artıb

Avtomatik qaralama

Bu ilin yanvar ayında Azərbaycandan 17 874,7 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

AzFood-un Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 29% artıb.

Cari ilin ilk ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,1%-ə bərabər olub.

Hesabat dövründə ölkədən 14 309,91 min dollar dəyərində 10 387,41 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 35,5%, həcm göstəricisi üzrə isə 32,1% üstələyir.

Cari ilin yanvar ayı ərzində ölkədən 3 192,18 min dollar dəyərində (artım 11%) 1 380,59 ton (9,5% çox) iplik pambıq ixrac olunub.

Bu ilin yanvar ayında pambıq idxalının dəyəri 391,24 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 4,3% azdır. Yanvar ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,05% təşkil edib.

Nərminə Əli

Next Post

Bazar gününün havası açıqlandı

Şb Fev 20 , 2021
Bakıda və Abşeron yarımadasında fevralın 21-də havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, mülayim şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə […]
Bazar gününün havası açıqlandı EKOLOGİYA 141 20 Fevral , 2021 12:12 Bazar gününün havası açıqlandı Bakıda və Abşeron yarımadasında fevralın 21-də havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.  Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.  Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.  Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.