Neftçalada taxıl sahələri becərilir

Avtomatik qaralama

Neftçalada taxılçılıq aparıcı təsərrüfat sahələrindən hesab olunur. Rayonda bu sahənin inkişafına hərtərəfli qayğı göstərildiyindən məhsul istehsalı ilbəil artır. Taxılçılar ötən illərdə olduğu kimi, cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün məhsuldarlığın artırılmasında əsas amil olan becərmə işlərinə xüsusi diqqət yetirirlər. Artıq 10 min 695 hektar sahədə suvarma işləri aparılıb və 13 min hektar sahə isə müxtəlif növ yemləmə gübrələri ilə təmin olunub.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Elman Məmmədov bildirib. Qeyd olunub ki, ötən ilin payızında rayonda 40 min 450 hektar sahədə taxıl əkilib. Bunun da 34 min 470 hektarı arpa, 5 min 980 hektarı isə buğda sahəsidir. Səpin zamanı bütün işlər keyfiyyətlə aparıldığından sahələrdə normal cücərti alınıb. Fermerlər əkin sahəsindən bol məhsul götürmək üçün becərmə işlərinə də vaxtında başlayıblar. Bitkinin suvarılması, yemləməmə gübrələri ilə təmin olunması, arat otlarından təmizlənməsi işləri aqrotexniki qaydada aparılır.

Boyat kənd sakini Əlihümbət Hüseynov bu il 50 hektar sahədə taxıl becərir. “Uzun illərdir taxıl əkini ilə məşğul oluram. Hər il də taxıl sahəsinin hər hektarından 40-45 sentner məhsul götürürəm. Bu il də bol məhsul götürmək üçün əkin sahəsinin becərilməsi işlərinə vaxtında başlamışam. Artıq sahənin suvarılması və yemləmə gübrəsinin verilməsi işlərini başa çatdırmışam. Əminəm ki, cari ildə də məhsul ötən ildəkindən çox olacaq”, – deyə fermer bildirib.

Nərminə Əli

Next Post

Azərbaycanda daha 193 yeni yoluxma faktı qeydə alınıb

C Fev 19 , 2021
Azərbaycanda bu gün koronavirus infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. AzFood xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 232 829 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 472 nəfər müalicə olunaraq sağalıb, 3 193 nəfər […]