Laçın rayonunda heyvandarlıq yenidən inkişaf etdiriləcək

Laçın rayonunda heyvandarlıq yenidən inkişaf etdiriləcək

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır.

Laçın rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2021-ci ilin yanvarın 1-i tarixinə rayonun əhali və fermer təsərrüfatlarında 32 min 516 baş iribuynuzlu heyvan, 121 min 570 baş qoyun-keçi olub. 2020-ci ildə təsərrüfatlarda 19 min 365 sentner ət, 151 min 798 sentner süd, 3184 min ədəd yumurta, 2276 sentner yun istehsal edilib.

Ağcabədi rayonunun Taxtakörpü ərazisi laçınlıların dədə-babadan qışlaq yeri olub. Hər il yaylaq mövsümü başa çatanda sürülər-naxırlar Laçından bu yerlərə gətirilirdi. Lakin 28 ildir ki, laçınlı köçkünlər mal-qaranı Taxtakörpü ərazisində saxlamağa məcbur qalmışdılar. Laçının işğaldan azad edilməsi rayonda ənənəvi təsərrüfat sahəsi olan heyvandarlığın yenidən inkişafına səbəb olacaq.

Nərminə Əli

Next Post

Antiinhisar Dövlət Xidmətindən ərzaq ehtiyatı ilə bağlı açıqlama

Ç Fev 17 , 2021
“Azərbaycanda əsas ərzaq məhsulları kateqoriyasına uyğun olan bir sıra məhsulların əlavə ehtiyatlarının yaradılması ilə bağlı İqtisadiyyat Nazirliyi kifayət qədər geniş iş aparıb”. AzFood xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib. Onun sözlərinə görə, bu işlərin nəticəsində əsas ərzaq məhsulların […]
Antiinhisar Dövlət Xidmətindən ərzaq ehtiyatı ilə bağlı açıqlama