Tez hazırlanan XAMALI PEÇENYE

Tez hazırlanan XAMALI PEÇENYE

Tərkib:

– 200 qr qatı xama

– 100 qr kərə yağı

– 1 stəkan şəkər tozu

– 3 yumurta

– yarım ç.q. qabartma tozu

– 3,5 stəkan un

– yarım çay qaşığı darçın

Hazırlanması:

1. Xama, yumşaq kərə yağı, şəkər tozu, yumurta, darçın yaxşı qarışdırılır.

2. Un qabartma tozu ilə qarışdırılır, ələnir, hissə-hissə kütləyə əlavə olunur, yaxşı qarışdırılır, xəmir yoğrulur.

3. Xəmiri 1 saat soyuducuda saxlayın, sonra yarım sm qalınlıqda yayın, formalarla və ya stəkanın ağzı ilə peçenye kəsin.

4. Sobanı 180 C qədər qızdırın, peçenyeni yağ çəkilmiş tavaya düzün, 20 dəqiqə ərzində bişirin.

Nuş olsun!  

Nərminə Əli

Next Post

“Kənddən Şəhərə” həftəsonu yarmarkaları yenidən təşkil olunacaq

Ç Fev 17 , 2021
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fevralın 19-21-də Bakı və Abşeron ərazisində üç fərqli yerdə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək. Yarmarkanın təşkilində […]
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları yenidən təşkil olunacaq