Dövlət Komitəsinin dəstəyi ilə çap olunan kitab dünyanın nüfuzlu satış platformalarında

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə azərbaycanlı müəllif Nadir Adilmanın (Nadir Adilov) “O gələcək?” adlı kitabı fransız dilində çap edilib.
AzFood xəbər verir ki, Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatı tərəfindən çap olunan kitab Fransa, İsveçrə, Belçika və Lüksemburqun kitab mağazalarında, eləcə də “Amazon”un bütün şəbəkələrində satılmaqdadır. Azərbaycanlı müəllifin kitabının bu cür geniş miqyasda satışa çıxarılması ilk dəfədir.
Ölkəmizin multikultural dəyərlərindən, müxtəlif millətlərin nümayəndlərinin Azərbaycanda sülh şəraitində yaşamasından bəhs edən “O gələcək?” adlı kitabda həm də xalqımızın zəngin mənəvi-əxlaqi dəyərləri barədə də ətraflı danışılır. Kitabın geniş miqyasda yayılması ölkəmizin təbliği və tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.
Kitabların satış linklərindən bəzilərini təqdim edirik:

1.https://www.librel.be/listeliv.php?base=allbooks&mots_recherche=kapaz&fbclid=IwAR24NvdRl1V2-Grd0oCrKnKdWQtTNFKjG7RmqmtFksuGb1csnToS2FlQhV8

2.https://www.ernster.com/result?bpmquery=V%3A%22kapaz%22&fbclid=IwAR0xuRRmjoyLVqtYaq9KBMy8zo3h1nvwule-0lDhO1P-v7eB0N8XRXl7_K0

3.https://www.payot.ch/Dynamics/Result?acs=a2FwYXo%3D&c=0&rawSearch=kapaz&fbclid=IwAR3zTh8VhkjvAEyqeCWUsg3sY9rhek1XNJGzufrZOqFemy_POyvsAFdCG6M

4. https://www.amazon.fr/Est-ce-qu-elle-viendra-Nadir-ADILMAN/dp/2492157040
5. https://www.decitre.fr/livre-pod/est-ce-qu-elle-viendra-9782492157042.html
6. https://www.amazon.de/Est-ce-qu-elle-viendra-Nadir-Adilman/dp/2492157040
7. https://www.amazon.se/Est-ce-qu-elle-viendra-Nadir-ADILMAN/dp/2492157040
8. https://www.amazon.it/Est-ce-quelle-viendra-Nadir-Adilman/dp/2492157040
9. https://www.amazon.es/Est-Ce-Elle-Viendra-Adilman-Nadir/dp/2492157040

 

Nərminə Əli

Next Post

Sabah qar yağacaq, güclü külək əsəcək

Ça Fev 16 , 2021
Azərbaycanda fevralın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer […]
Sabah qar yağacaq, güclü külək əsəcək