Daha bir ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan AzFood-a verilən məlumata görə, agentlik əməkdaşları Şirvan şəhəri, T. İsmayılov küçəsində yerləşən fiziki şəxs Xəlilov Mehman Vaqif oğluna məxsus “Şirvanşah” restoranında yoxlama keçirib.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi müəyyən edilib. Mətbəx sahəsinin mövcud sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb. Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Nərminə Əli

Next Post

Dövlət Komitəsinin dəstəyi ilə çap olunan kitab dünyanın nüfuzlu satış platformalarında

Ça Fev 16 , 2021
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə azərbaycanlı müəllif Nadir Adilmanın (Nadir Adilov) “O gələcək?” adlı kitabı fransız dilində çap edilib. AzFood xəbər verir ki, Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatı tərəfindən çap olunan kitab Fransa, İsveçrə, Belçika və Lüksemburqun kitab mağazalarında, eləcə də “Amazon”un bütün şəbəkələrində satılmaqdadır. Azərbaycanlı müəllifin […]