Temperatur 10 dərəcə enəcək, qar yağacaq – XƏBƏRDARIQ

Temperatur 10 dərəcə enəcək, qar yağacaq – XƏBƏRDARIQ

Havanın dəyişəcəyi barədə xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur.

Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-25 m/s, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək, fevralın 17-si axşam və 18-də 0 dərəcəyə yaxın olacaq.

Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı gözlənilir.

Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı ehtimalı var.

Nərminə Əli

Next Post

Zərdab rayonunda ötən ilin payızında 51,9 hektarda yeni tut bağları salınıb

Be Fev 15 , 2021
Zərdab rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə yeni salınan tut bağlarının ikinci suvarılmasına başlanılıb. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, ötən ilin payızında 28 icra nümayəndəliyi üzrə 51,9 hektarda yeni tut bağları salınıb. Hər yerdə təzə əkilən tinglərin dibi yenidən doldurularaq suvarılır. Qeyd edək ki, baramaçılıq bölgədə […]
Zərdab rayonunda ötən ilin payızında 51,9 hektarda yeni tut bağları salınıb