Ağsuda toy edənlər cərimələnib

Ağsuda toy edənlər cərimələnib
Ağsu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzFood-a verilən məlumata görə, rayonun Padarqışlaq kənd sakini Səxavət Həsənovun oğluna toy məclisi təşkil etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək karantin qaydalarının pozulması halını aşkar ediblər.

Məclisin təşkilatçısı S.Həsənov və digər 14 nəfər Polis Şöbəsinə dəvət olunub.

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.

Nərminə Əli

Next Post

Azərbaycanda nadir rast gəlinən xəstəliklə bağlı daha bir dərman ölkəyə gətiriləcək

Be Fev 15 , 2021
Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı genişləndirilib. AzFood xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi Kollegiyasının sədri Oqtay Şirəliyev qərar qəbul edib. Qərara əsasən, siyahıya “Zolgensma” dərmanı da əlavə edilib. Bununla da siyahıda qeyd olunan dərman vasitələrinin sayı 108-ə çatıb. Həmin […]
Azərbaycanda nadir rast gəlinən xəstəliklə bağlı daha bir dərman ölkəyə gətiriləcək