Pendir, göyərti və sarımsaqla pomidorlar. Əla qəlyanaltı

Pendir, göyərti və sarımsaqla pomidorlar. Əla qəlyanaltı

Tərkib:

– 12-15 orta ölçüdə pomidor

– 250 qr holland pendiri

– göyərti (zövqə görə)

– 3 diş sarımsaq

– mayonez

– duz, istiot

Hazırlanması:

1. Pomidorları yuyun, içini təmizləyin.

2. Pendiri sürtgəcdən keçirin, sarımsağı sarımsağəzənlə əzin, göyərtini xırda-xırda doğrayın, mayonez, duz, istiot əlavə edin, yaxşı qarışdırın.

3. Pomidorlara içlik doldurun.

4. Tayaya yağ çəkin, pomidorları qoyun.

5. Sobanı qabaqcadan 120 C qədər qızdırın. Tavanı sobaya qoyun, pendir əriyənə qədər bişirin.

Nuş olsun!

Nərminə Əli

Next Post

Azərbaycanda kartof əkinlərinin güzəştli sığortası başlayıb

Be Fev 15 , 2021
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kartof əkini sahələrinin sığortalanması şərtləri açıqlanıb. Bu barədə AzFood-a Aqrar Sığorta Fondundan məlumat verib. Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar – buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, […]