Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, fevralın 15-də səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-9, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Fevralın 15-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyək isti, yüksək dağlıq ərazilərdə 2-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Fevralın 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nərminə Əli

Next Post

Pendir, göyərti və sarımsaqla pomidorlar. Əla qəlyanaltı

Bz Fev 14 , 2021
Tərkib: – 12-15 orta ölçüdə pomidor – 250 qr holland pendiri – göyərti (zövqə görə) – 3 diş sarımsaq – mayonez – duz, istiot Hazırlanması: 1. Pomidorları yuyun, içini təmizləyin. 2. Pendiri sürtgəcdən keçirin, sarımsağı sarımsağəzənlə əzin, göyərtini xırda-xırda doğrayın, mayonez, duz, istiot əlavə edin, yaxşı qarışdırın. 3. Pomidorlara içlik doldurun. 4. Tayaya yağ […]
Pendir, göyərti və sarımsaqla pomidorlar. Əla qəlyanaltı