TƏBİB: Açıq havada tək gedirsinizsə, maska taxmaq məcburi deyil

TƏBİB: Açıq havada tək gedirsinizsə, maska taxmaq məcburi deyil
“Açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz. Elə bir qayda yoxdur”.

AzFood xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib.

“Əgər biz sosial ərazilərdəyiksə, o zaman maska taxmalıyıq. Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Sırf inzibati qaydadır deyə sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”, – həkim-infeksionist qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ötən ilin noyabr ayından açıq havada maska taxmaq məcburi olub.

Nərminə Əli

Next Post

Azərbaycana buğda idxalının ƏDV-dən azad olunma müddəti artırılır

C Fev 12 , 2021
Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il vergidən azad olunacaq. AzFood-un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında II oxunuşda müzakirəyə çıxarılıb. Başqa sözlə, vergidən azadetmə 2024-ci ilədək davam edəcək. Xatırladaq ki, Məcəlləyə dəyişiklik layihəsi […]
Azərbaycana buğda idxalının ƏDV-dən azad olunma müddəti artırılır