Azərbaycanda ilk dəfə aqrar sığorta kalkulyatoru istifadəyə verildi

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi çərçivəsində ölkədə ilk dəfə olaraq aqrar sığorta kalkulyatoru istifadəyə verilib.

Aqrar Sığorta Fondunun məlumatına görə, kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri barədə daha aktiv məlumatlandırmaqdır.

Fermerlər və aqrar sahədə çalışanlar aqrar sığorta kalkulyatorundan istifadə etməklə sığortanın əhatə etdiyi istənilən bitki üzrə əkin sahələrinin sığorta haqqını və sığorta məbləğini özləri müstəqil olaraq hesablaya biləcəklər.

Kalkulyatordan istifadə edərkən, sığorta haqqının ümumi məbləği ilə yanaşı, dövlətin və fermerin ödəyəcəyi məbləğlər də ayrıca göstərilir. Bu da kənd təsərrüfatı sahəsində çalışanların sığorta tarifləri və haqları ilə daha asan şəkildə tanış olmasına, öz gəlirlərini və xərclərini planlaşdırmasına kömək edəcək.

Aqrar sığorta kalkulyatoruna linkdən keçmək olar. Yaxın günlərdə kənd təsərrüfatı heyvanlarının aqrar sığortası üzrə də kalkulyator istifadəyə veriləcək.

Xatırladaq ki, aqrar sığorta qaydalarına görə, hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.

 

Bizimlə əlaqə saxlayın

Nərminə Əli

Next Post

Sabah hava necə olacaq?

Ç Fev 10 , 2021
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə fevralın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  […]
Sabah hava necə olacaq?