İsmayıllıda kartof əkininə başlanıb

İsmayıllıda kartof əkininə başlanıb

İsmayıllı rayonunda ciddi hazırlıqdan sonra kartof əkininə başlanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 480 hektar sahədə kartof əkiləcəyi proqnozlaşdırılır. Artıq bütün ərazilərdə dondurma şumu çıxarılıb, sahələrə üzvi gübrə verilib, kifayət qədər toxum tədarük olunub. Yanvar ayında havaların soyuq keçməsi əkini ləngitsə də, artıq cənub ərazilərdə, o cümlədən Qubaxəlilli, Kürdmaşı, Gəraybəli, Kəlbənd inzibati ərazi dairələrində kartof əkininə başlanılıb. Əkin yerli istehsal və xarici ölkələrdən gətirilən yüksək reproduksiyalı, daha məhsuldar toxumlar hesabına aparılacaq. Kartof toxumçuluğu ilə məşğul olan “İsmayıllı tərəvəzləri” MMC-nin anbarlarında kifayət qədər bu cür toxum var.

Qeyd edək ki, cari mövsümdə Talıstan, Diyallı kənd və İsmayıllı şəhər inzibati ərazi dairələrində 400 hektara yaxın sahədə intensiv becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə kartof əkini nəzərdə tutulub.

Nərminə Əli

Next Post

Koronavirusa 164 yeni yoluxma qeydə alınıb, 2 nəfər vəfat edib

Ça Fev 9 , 2021
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 330 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. AzFood xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 231 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 678 nəfər müalicə olunaraq sağalıb, 3 163 nəfər […]