Azərbaycan Gürcüstandan 44 ton fındıq idxal edib

Azərbaycan Gürcüstandan 44 ton fındıq idxal edib
2020-ci ilin avqustun 1-dən bu günədək Gürcüstandan 81,2 milyon ABŞ dolları dəyərində 15,6 min ton fındıq ixrac olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata əsasən, illik müqayisədə ixracın həcmi 50 %, dəyəri isə 52 % artıb.

Hesabat dövründə gürcü fındığını əsasən Almaniya, İtaliya, Çexiya və digər Avropa ölkələri idxal edib.

Qonşu ölkələr arasında Gürcüstandan ən az fındıq alan 44 tonla Azərbaycan olub. Digər qonşular olan Rusiya Gürcüstandan 756 ton, Türkiyə 530 ton, Ermənistan isə 885 ton fındıq tədarük edib.

Nərminə Əli

Next Post

Ötən il Azərbaycanda nə qədər meşə sahəsi bərpa olunub?

Ça Fev 9 , 2021
2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 10 382 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21 668 hektar təşkil edib. Görülmüş tədbirlər çərçivəsində 527 hektar […]
Ötən il Azərbaycanda nə qədər meşə sahəsi bərpa olunub?