Qazi ailəsi üçün özünüməşğulluq proqramı əsasında təsərrüfat yaradılır

Qazi ailəsi üçün özünüməşğulluq proqramı əsasında təsərrüfat yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Allahverdiyev Azad Səxavət oğlunun ailəsini (Füzuli rayonu) ziyarət edib, sosial vəziyyətini öyrəniblər.

Nazirlikdən AzFood-a verilən məlumata görə, Azad özü hazırda müddətdən artıq hərbi xidmətçi kimi çalışır. Anası da daimi əmək müqaviləsi əsasında işləyir, qardaşı isə məktəblidir. Qazinin həyat yoldaşı və iki azyaşlı övladı var.

İstəkləri nəzərə alınmaqla ailə üçün özünüməşğulluq proqramı çərçivəsində  ailə təsərrüfatı yaradılması qərara alınıb. Bunun üçün yaxın vaxtlarda onlara aktivlər veriləcək.

Nərminə Əli

Next Post

Azərbaycan Gürcüstandan 44 ton fındıq idxal edib

Ça Fev 9 , 2021
2020-ci ilin avqustun 1-dən bu günədək Gürcüstandan 81,2 milyon ABŞ dolları dəyərində 15,6 min ton fındıq ixrac olunub. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata əsasən, illik müqayisədə ixracın həcmi 50 %, dəyəri isə 52 % artıb. Hesabat dövründə gürcü fındığını əsasən Almaniya, İtaliya, Çexiya və […]
Azərbaycan Gürcüstandan 44 ton fındıq idxal edib