Albalı ilə çox dadlı keks

Albalı ilə çox dadlı keks

Tərkib:

– 150 qr kərə yağı

– 3 ədəd yumurta

– 150 qr şəkər tozu

– 1,5-2 stəkan un

– 2 ç.q. qabartma tozu

– 6 x.q. süd

– 1 paket vanilli şəkər tozu

– 200 qr albalı (çəyirdəksiz)

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkərlə qarışdırılır, bir-bir yumurta əlavə olunur, qarışdırılır.

2. Ələnmiş un, qabartma tozu, süd, şəkər tozu, vanilli şəkər tozu əlavə olunur, qarışdırılır.

3. Formaya xəmirin bir hissəsi, üzərinə albalı qoyulur, yenə xəmir və albalı. Üzərinə xəmir qoyulur.

4. Sobanı qabaqcadan 180-200  qədər qızdırırıq və keksi təxminən 45-50 dəqiqə ərzində bişiririk (sobadan asılıdır).

5. Keksi soyudun və üzərinə şəkər pudrasını səpin.

Nuş olsun!

Nərminə Əli

Next Post

Eyni qidaları tez-tez istəmək nələrdən xəbər verir?

Bz Fev 7 , 2021
Müəyyən qidalara can atmaq xəstəlikdən xəbər verə bilər. Amerikanın “Readers Digest” jurnalının məlumatına görə, şirniyyata can atmaq yuxu çatışmazlığının əlaməti də sayılır. Jurnalda yayımlanan araşdırmaya görə, yuxu müddəti artıqda şirin bir şey yemək istəyi daha az hiss olunur. Ancaq bir insanı şirniyyatlardan şokalad xüsusi cəlb edirsə, psixoloji sağlamlıq barədə düşünmək lazımdır, bu, […]
Eyni qidaları tez-tez istəmək nələrdən xəbər verir?