Qaxda arı ailələrinin sayı artıb

Qaxda arı ailələrinin sayı artıb

Ötən il Qax rayonu üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 26 min 863 arı ailəsi qeydiyyata alınaraq təsdiq edilib. Hazırda rayonda 897 təsərrüfatçı arıçılıqla məşğul olur. Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, ötən il rayonun arıçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 268 min 630 manat subsidiya verilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nurlan Həsənov məlumat verib.

Sektor müdiri bildirib ki, arıçılığın inkişafına dövlət dəstəyi nəticəsində 2020-ci ildə rayonda arıçılıq təsərrüfatlarının sayı əvvəlki illə müqayisədə 100 təsərrüfat, arı ailələrinin sayı isə 5179 ailə artıb. Arıçılardan Məhərrəm Cəmilov arı pətəklərinin sayını son bir ildə 107 ailə artıraraq 482 pətəyə, Adıgözəl Cəmilov isə 58 ailə artıraraq 372 pətəyə çatdırıb. Digər təsərrüfatlarda da arı ailələrinin sayı ildən-ilə artır.

Nərminə Əli

Next Post

Daha 115 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Şb Fev 6 , 2021
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. AzFood xəbər verir ki, xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 231 022 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, […]
Daha 115 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib