Şəkidə heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb

Şəkidə heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb

Ötən il Şəki rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, ötən il rayonda 11 min 726,8 ton diri çəkidə ət, 60 min 677,5 ton süd, 28 milyon 114 min ədəd yumurta, 490 ton yun istehsal olunub. Əvvəlki illə müqayisədə ət istehsalı 394,3 ton, süd istehsalı 1556,2 ton, yumurta istehsalı 686 min ədəd, yun istehsalı isə 8,7 ton artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, istehsal olunan diri çəkidə ətin 11 min 722,1 tonu, südün isə 57 min 358,6 tonu ailə-kəndli, ev və sahibkar təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə ötən il 4,7 ton ət, 3 min 318,9 ton süd istehsal edilib.

Bu il yanvarın 1-i vəziyyətinə rayonun təsərrüfatlarında 69 min 292 baş iribuynuzlu mal-qara, o cümlədən 34 min 914 baş inək və camış, 302 min 281 baş qoyun və keçi olub.

 

Nərminə Əli

Next Post

Alimlərin qocalma prosesi barədə İNANILMAZ KƏŞFİ

C Fev 5 , 2021
Yeni araşdırmalar insanların fərqli yaşlarda üç mərhələdə yaşlandığını göstərib. AzFood xəbər verir ki, alimlər yaşlanma prosesini dəyişdirəcək inanılmaz kəşf edib. Bununla bağlı araşdırmalar “Nature Medicine” jurnalında dərc edilib. Tədqiqat aparan həkimlər bu qənaətə gəlib ki, insan bədəni 34, 60 və 78 yaşlarda başlayan üç əsas qocalma mərhələsindən keçir. Bu tədqiqat vacibdir, […]
Alimlərin qocalma prosesi barədə İNANILMAZ KƏŞFİ