Bu il Oğuzda 270 hektarda tütün əkini proqnozlaşdırılır

Avtomatik qaralama

Builki mövsümdə Oğuz rayonunun təsərrüfatlarında 270 hektar sahədə tütün əkini nəzərdə tutulur. Oğuzlu fermerlər ötən il olduğu kimi, cari təsərrüfat ilində də əsasən “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün torpaq mülkiyyətçiləri tərəfindən fevralın axırlarında sadə istixanaların hazırlanmasına başlanılacaq. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək.

Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 269 hektar sahədən 548,5 ton quru tütün əldə ediblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 2,4 dəfədən çox, məhsul istehsalı isə 332,9 ton artıb.

Nərminə Əli

Next Post

Sabah hava küləkli olacaq

Ca Fev 4 , 2021
Fevralın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz […]
Sabah hava küləkli olacaq