Xurma ixracatçıları məhsulların satışı ilə bağlı ciddi problemlə üzləşiblər

Xurma ixracatçıları məhsulların satışı ilə bağlı ciddi problemlə üzləşiblər
Azərbaycandan xarici ölkələrə xurma ixracı kəskin azalıb.

Bunu AzFood-a Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov deyb.

O bildirib ki, Azərbaycan istehsalı olan xurmaların əsas satış bazarı Rusiya və Ukraynadır: “Hazırda isə həmin ölkələrdə alıcılıq qabiliyyəti kəskin azalıb. Məhsullarımız satılmır. Ölkədə anbarlarımız xurma ilə tam doludur. Demək olar ki, xaricə məhsulumuzu sata bilmirik. Dəfələrlə müvafiq dövlət qurumların qarşısında Assosiasiya məsələ qaldırılıb ki, yeni bazarlara çıxış imkanlarının artırılmasında fermerlərə və ixracatçılara kömək göstərilsin. Lakin bu istiqamətdə əsaslı iş aparılmayıb. Xurma ixracında başqa bazarlarımız olmadığına görə, hazırda vəziyyət çox ağırdır. Son 20 gündə Rusiya və Ukraynada satış 40 %-ə qədər azalıb”.

Q.Yusifov əlavə edib ki, hazırda 10 min tonlarla xurma ölkə ərazisində soyuducu anbarlarda gözləyir: “Bu məhsulun 20 gün müddətində satılması çox vacibdi. Əks halda xurmadan ölkəyə daxil olan valyuta gəlirlərində azalma müşahidə ediləcək”.

Xatırladaq ki, 2020-ci ildə 91,6 mln ABŞ dolları dəyərində 125 771,8 ton xurma ixrac edilib.

Nərminə Əli

Next Post

Daha 162 nəfərdə koronavirus aşkarlanıb

Ç Fev 3 , 2021
Azərbaycanda daha 162 nəfərdə koronavirus aşkarlanıb Azərbaycanda son sutkada koronavirusa 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 4 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 230 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan […]
Daha 162 nəfərdə koronavirus aşkarlanıb