Sabirabadda yanvar ayında 9 min tondan çox süd istehsal olunub

Sabirabadda yanvar ayında 9 min tondan çox süd istehsal olunub

Sabirabadda aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 122 min 828 baş mal-qara və 232 min 688 baş qoyun-keçi saxlanılır.

Cari ilin yanvar ayı ərzində rayondakı heyvandarlıq təsərrüfatlarında 1660 ton ət (diri çəkidə), 9 min 735 ton süd, 9 milyon 909 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin yanvar ayı ərzində istehsal olunan ətdən 55 ton, süddən 89 ton, yumurtadan 2 milyon 785 ədəd çoxdur.

Nərminə Əli

Next Post

Sabahın hava proqnozu açıqlandı

Ç Fev 3 , 2021
Azərbaycanda fevralın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda […]
Sabahın hava proqnozu açıqlandı